Aktyor və xanımını hədələyən şəxsə hökm OXUNDU

Aktyor Kıvanç Tatlıtuğ və həyat yoldaşı Başak Dizerin həyatını kabusa çevirən adamın cəzası bəlli olub.
Redaktor.az Türkiyə mediasına istinadla xəbər verir ki, cütlüyü dəfələrlə təhdid edən həmin şəxsə 9 ay həbs cəzası verilib.
Bildirilir ki, S.A. adlı şəxs cütlüyü ölümlə hədələdiyi üçün həbs edilib və prokuror ona 4 il həbs cəzası istəyib.
Qeyd edək ki, Kıvanç və Başak cütlüyü 2016-cı ildə evləniblər. 2022-ci ildə isə onların Qurd adlı övladları dünyaya gəlib.
Vasif