Rusiya-ABŞ danışıqları başa ÇATDI

 17:30 18.02.2025     117

Rusiyanı xarici işlər naziri Sergey Lavrov, Prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev təmsil ediblər.

Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.

Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətlərinin yüksək səviyyəli danışıqları başa çatıb, görüş təxminən 4,5 saat davam edib.

Danışıqlar Azərbaycan vaxtı ilə saat 11:30-da (başlayıb. Təxminən iki saat yarımdan sonra tərəflər 15 dəqiqəlik fasilə verib, əlavə bir saat keçdikdən sonra iştirakçılar nahara yola düşüblər.

Danışıqlarda ABŞ dövlət katibi Marko Rubio, milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Yaxın Şərq üzrə xüsusi elçi Stiven Vitkoff iştirak edib. Danışıqlar kral ailəsinin saraylarından birində - Albasateen kompleksindəki Əl Diriyahda aparılıb.

Aytəkin TOFİQQIZI