Dələduzluqda ittiham olunan Argentina Prezidenti cavab VERDİ

 17:37 18.02.2025     130

Argentina Prezidenti Xavyer Miley ilk dəfə iflasa uğraması milyonlarla dollarlıq itki, məhkəmə iddiaları və ona qarşı dələduzluq ittihamı ilə nəticələnən memecoin qalmaqalına münasibət bildirib.

Redaktor.az xəbər verir ki, dövlət başçısı bunu token məzənnəsinin aşağı düşməsi ilə əlaqələndirib.

Onun sözlərinə görə, maksimum dörd-beş argentinalı zərər çəkib, əsas investorlar isə çinlilər və amerikalılar olub.

Qeyd edək ki, Argentina lideri fevralın 14-də öz ardıcıllarını liberter partiyası La Libertad Avanza (Azadlıq gəlir) adını əks etdirən "$Libra" adlı kriptovalyutaya sərmayə qoymağa çağırdıqdan sonra tənqid atəşinə tutulub. Miley layihə ilə bağlı sayta keçid və "$Libra"nın birjada tapıla biləcəyi ünvanla mesaj yerləşdirib. Bir neçə saat sonra onu silib və detalları bilmədən bu barədə məlumat yaymağa davam etməmək qərarına gəldiyini söyləyərək layihəni dəstəkləməkdən imtina edib.

Kriptovalyuta tez bir zamanda dörd min faiz bahalaşıb. Amma sonra onun dəyəri 4,5 milyard dollarlıq zirvədən 336 milyon dollara enərək çöküb. Bu fonda dövlət başçısının varlığına onun sözlərinə əsasən inanmadığı yüzdən çox argentinalı hüquq-mühafizə orqanlarına müraciət edib.

Qurbanların ümumi sayının 40 min nəfər olduğu bildirilir.

Türkan İSGƏNDƏRLİ