"Rusiya-Ukrayna müharibəsi bitməlidir" - Ərdoğandan Zelenskiyə dəstək

"Mən Zelenskiyə Ukraynanın ərazi bütövlüyünə dəstəyimizi çatdırdım, danışıqlar prosesinin davamlı sülhlə başa çatması üçün hər cür dəstəyi verəcəyimizi vurğuladım".
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.
"Böyük dağıntılara səbəb olan Rusiya-Ukrayna müharibəsi bitməlidir. Ölkəmiz qarşıdakı dövrdə Rusiya, Ukrayna və ABŞ arasında baş tutması gözlənilən danışıqlar üçün ideal ev sahibi olacaq", - deyə Türkiyə lideri bildirib.