Rusiya-ABŞ danışıqları başa ÇATDI

 21:20 18.02.2025     144

Ər-Riyadda Rusiya-ABŞ danışıqları pis keçməyib, tərəflər bir-birlərinin maraqlarını nəzərə almaqda razılığa gəliblər.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov söyləyib.

O, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilmiş danışıqların yekunlarına dair bildirib ki, Rusiya və ABŞ mövqelərin yaxınlaşdırılmasının mümkünlüyünü müzakirə ediblər, lakin hələ ki, konkret irəliləyiş barədə danışmaq tezdir. Onun sözlərinə görə, Rusiya və ABŞ prezidentlərinin görüşünün vaxtı hələ ki müəyyən olunmayıb, ancaq bu mövzu müzakirə edilib: “Vladimir Putin və Donald Tramp arasında mümkün görüşün gələn həftə baş tutması ehtimalı azdır”.

Rusiya Prezidentinin köməkçisi, həmçinin qeyd edib ki, danışıqlar ciddi keçib və bütün aktual mövzuları əhatə edib. O cümlədən təhlükəsizlik məsələləri, ikitərəfli münasibətlər və beynəlxalq siyasi məsələlər müzakirə olunub. Həmçinin Ukrayna üzrə danışıqları aparacaq ayrıca komandaların yaradılması ilə bağlı qərar qəbul olunub, onlar yaxın vaxtlarda əlaqə saxlayacaqlar.