Əminə Ərdoğan Ukraynalı yetim uşaqları ziyarət ETDİ

 21:42 18.02.2025     110

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əmine Ərdoğan, Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Olena Zelenska ilə birlikdə Ankaradakı yetimxanada qalan ukraynalı uşaqlarla görüşüb.

Redaktor.az xəbər verir ki, bununla bağlı Əminə Ərdoğan sosial media hesabında paylaşım edib. 

"İnsanlıq ən çox da uşaqları qoruya bildiyi zaman anlam qazanır. Olena Zelenska xanımla birlikdə ölkəmizdə qonaq etdiyimiz ukraynalı yetim uşaqları Ankaradakı Uşaq Evində ziyarət etdik. Üç ildir Türkiyədə təhlükəsiz və rahat şəkildə təhsillərini davam etdirən bu uşaqlar, sülhün mümkünlüyünə dair ən böyük ilhamımızdır", - deyə o bildirib. 

Kənan YUSİF