İsrailin hücumları nəticəsində Qəzzada 1109 məscid dağıdılıb

 21:52 18.02.2025     131

Qəzza zolağındakı Vəqflər və Dini İşlər Nazirliyi İsrailin davam edən hücumları nəticəsində bölgədə mövcud olan 1244 məsciddən 1109-nun tamamilə dağıdıldığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, nazirliyin rəsmisi Qəzzada dağıntıya məruz qalan Öməri məscidinin önündə keçirdiyi mətbuat konfransında vəqf yerlərinin vəziyyəti barədə məlumat verib.

Açıqlamada Qəzzadakı məscidlərin 89 faizinin məhv edildiyi, onlardan 834-nün tamamilə yerlə-yeksan olduğu, 275 məscidin isə istifadə olunmaz vəziyyətə düşdüyü bildirilib.  

Qeyd olunub ki, dini və inzibati mərkəzlərin, vəqf əmlakının, məzarlıqların və məscidlərin dağıdılması nəticəsində ümumi maddi zərər 500 milyon dollardan çoxdur.  

Bundan əlavə, İsrail ordusunun təkcə məscidləri deyil, Qəzzadakı 3 kilsəni də hədəf aldığı vurğulanıb. 

Kənan YUSİF