İtaliyada dövlət qurumlarının internet saytlarına kiber hücum EDİLDİ

İtaliyada bəzi dövlət qurumlarının internet saytları Rusiya tərəfdarı hakerlər tərəfindən kiber hücuma məruz qalıb.
Redaktor.az xəbər verir ki, İtaliya mətbuatında yer alan xəbərlərə görə, "NoName057" adlı Rusiya tərəfdarı haker qrupu Telegram-da İtaliya "Made in Italy" Nazirliyi, Mali Polisi, Daxili İşlər və Maliyyə Nazirliklərinə aid bəzi saytların hücuma məruz qaldığını açıqlayıb.
Qrup, İtaliya Prezidenti Sergio Mattarellanın 5 fevralda Fransada Marsel Universitetində çıxışı zamanı Rusiyanı, Ukraynaya hücumuna görə Nazi Almaniyasına bənzətməsinə cavab olaraq bu hücumları təşkil etdiyini iddia edib.
Qeyd edək ki, ötən günlərdə isə Milano Malpensa və Linate hava limanları, Taranto və Trieste limanları və Intesa San Paolo bankının onlayn sistemləri də eyni qrup tərəfindən hədəfə alınmışdı.
Mattarellanın açıqlamaları Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarovanın sərt reaksiyasına səbəb olub və Roma-Moskva münasibətləri gərginləşib.
Kənan YUSİF