ABŞ-nin Avropanın müdafiə xərclərini ödəməsi mənasızdır - Mask

Amerikalı milyarder və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ-nin Avropanın müdafiə xərclərini ödəməsinin mənasız olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Niyə Amerika vergi ödəyiciləri Avropanın müdafiə xərclərinin 2/3 hissəsini ödəyir. Burada suallar ortaya çıxır. Avropa kimdən müdafiə olunur? Bu mənasızdır", - o qeyd edib.
Maskın ABŞ-nin ÜDM-nin 3,5 faizini NATO- ya xərclədiyini yazan istifadəçinin yazısına belə cavab verdiyi bildirilir.
Daha əvvəl Mask Amerika lideri Donald Trampın Rusiya ilə əlaqələri haqqında mifi yaradanları həbs etməyə çağırmışdı. O qeyd edib ki, insanlar Rusiya haqqında miflərə inanırlar, çünki onlar əks arqumentlər görmürlər.
Türkan İSGƏNDƏRLİ