Ukraynasız heç bir qərar qəbul oluna bilməz - Şolts

Rusiya və ABŞ arasında Ər-Riyadda keçirilən danışıqlardan sonra Almaniya kansleri Olaf Şolts Avropa İttifaqını (Aİ) sülhün təmin olunmasına töhfə verməyə çağırıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Tagesschau" məlumat yayıb.
“Aydındır ki, Avropa İttifaqı, ABŞ kimi, sülhü təmin etmək üçün üzərinə düşəni etməlidir. Əgər nəhayət, buna nail olunacaqsa, o zaman danışıqlar baş tutar”, – Şolts bildirib.
Kansler vurğulayıb ki, Ukraynasız heç bir qərar qəbul oluna bilməz. Üstəlik, o bəyan edib ki, atəşkəsə razılaşmağa hansı şərtlərlə hazır olduğuna Kiyev özü qərar verəcək.
Türkan İSGƏNDƏRLİ