Arvadının saç düzümünü bəyənmədi - bərbərin qolunu QIRDI

 16:00 19.02.2025     240

Krımın Sevastopol şəhərində həyat yoldaşının yeni saç düzümünü bəyənməyən kişi bərbərin qolunu sındırıb.

Redaktor.az Rusiya KİV-ə istinadla bildirir ki, müştərinin imicindəki dəyişiklik 43 yaşlı qadın bərbərin ciddi xəsarət almasına səbəb olub. Evdə içki içdiyi bildirilən 31 yaşlı kişi həyat yoldaşının yeni saç düzümünü bəyənməyib. O, “stilistin” ünvanını öyrəndikdən sonra onun evinə gedib. Məlumata görə, narazı Sevastopol sakini qalmaqala səbəb olub və qadının qolunu burub. Zərərçəkmiş bir neçə sınıq xəsarəti alıb.

Müştərinin aqressiv əri saxlanılıb. Həmin şəxsə qarşı cinayət işi açılıb və onu 3 ilə qədər həbs gözləyir. Qeyd olunur ki, o, günahını etiraf edib və peşman olduğunu deyib.