Rusiyalı tənqidçi Ukrayna seçkilərini SƏSLƏYİR

 17:55 19.02.2025     110

Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy vurğulayıb ki, ​​​Ukraynada seçki Rusiyanın Ukrayna ilə istənilən məsələdə razılığa gəlməsi üçün şərtlərdən biridir.

Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.

O qeyd edib ki, Ukraynada seçki Moskva ilə Kiyev arasında istənilən məsələdə mümkün razılaşmanın şərtlərindəndir.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl təkid edib ki, Kiyev münaqişəni həll etmək üçün danışıqlar masası arxasında oturmaq istəyirsə, Ukrayna seçki keçirməlidir. O, həmçinin Vladimir Zelenskinin populyar olmadığını bildirib.

Aytəkin TOFİQQIZI