Almaniyada 300 minə yaxın ukraynalı iş TAPIB

 18:00 19.02.2025     114

2024-cü ilin noyabrında Almaniyada işləyən Ukrayna vətəndaşlarının sayı 296 min nəfərə çatıb. 

Redaktor.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Bu, Ukraynada münaqişə başlayana qədərki göstəricidən 230,5 min nəfər çoxdur. Məşğul olanlardan 245,2 min nəfəri məcburi sosial sığorta olan işlərdə çalışır. Ukraynalılar sənaye istehsalı, ticarət, səhiyyə, tikinti, otel biznesi və bir çox başqa sahələrdə iş tapırlar.

Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, münaqişə başlayandan bəri Ukraynadan olan təxminən 1,65 milyon qaçqın ölkədə qeydiyyatdan keçib. Onların hamısı işsizlərə verilən “mülki müavinət”i almaq hüququna malikdir.

Bundan əvvəl Demoqrafiya və Həyat Keyfiyyəti Problemləri İnstitutunun direktoru Ella Libanova bəyan etmişdi ki, hətta bütün qaçqınların ölkəyə qayıtması belə, Ukraynanı depulyasiyadan xilas etməyəcək. Eyni zamanda, o, respublika əhalisinin çoxlu sayda mühaciri qəbul etməyə hazır olmadığı fikrini bildirib.

Aytəkin TOFİQQIZI