İsrail ordusu İordan çayının qərb sahilində 30 fələstinlini həbs etdi

 22:06 19.02.2025     131

İsrail ordusu, İordan çayının qərb sahilində keçirdiyi basqınlarda aralarında uşaqların da olduğu azı 30 fələstinlini saxlayıb.

Redaktor.az xəbər verir ki, Fələstin Azadlıq Təşkilatına (FAT) bağlı Əsir və Azad Edilənlər Heyəti ilə Fələstin Əsir Cəmiyyəti birgə açıqlamalarında İsrail qüvvələrinin Qərb Sahilindəki bir neçə şəhərə basqın etdiyini və onlarla fələstinlini həbs etdiyini bildirib.

Açıqlamada qeyd olunub ki, İsrail ordusunun 21 yanvarda başlatdığı əməliyyatlardan sonra yalnız Cənin şəhərində 175, Tulkərim və oradakı qaçqın düşərgəsində isə azı 150 fələstinli saxlanılıb.

Kənan YUSİF