Dövlət Baxçalının səhhəti ilə bağlı iddialar əsassızdır - MHP sözçüsü

 22:36 19.02.2025     124

Milliyyətçi Hərəkat Partiyasının (MHP) Baş katibi İsmet Böyükataman, partiya sədri Dövlət Baxçalının səhhəti ilə bağlı yayılan iddialara cavab verib.

Redaktor.az xəbər verir ki, Böyükatamanın açıqlamasına görə, son günlər sosial mediada Baxçalının sağlamlıq vəziyyəti ilə bağlı məqsədli şəkildə spekulyasiyalar aparıldığı müşahidə olunur.

O, MHP sədrinin öncədən planlaşdırılmış uğurlu bir əməliyyat keçirdiyini və xəstəxanadan evə göndərildiyini bildirib.

"Şükürlər olsun ki, cənab sədrimizin səhhəti tamamilə yaxşıdır", – deyə Böyükataman əlavə edib.

Kənan YUSİF