Məşhur aktyor avtomobil qəzası KEÇİRDİ

Türkiyəli məşhur aktyor Tolqa Sarıtaş çəkiliş meydançasına gedərkən avtomobil qəzasına uğrayıb.
Redaktor.az Türk mediasına istinadla xəbər verir ki, "Teşkilat" serialının baş rol oyunçusunun avtomobilinə başqa bir maşın arxadan çırpılıb.
Qəza nəticəsində maddi ziyan meydana gəlsə də, Sarıtaşın sağlamlıq vəziyyəti yaxşıdır. Hadisə ilə bağlı araşdırma başladılıb.
Kənan YUSİF