NOW TV bağlana bilər - vaxt VERİLDİ

 09:00 20.02.2025     169

NOW TV ilə bağlı Türkiyənin Radio və Televiziya Şurasına (RTÜK) şikayət daxil olub. 

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şikayət ad oxşarlığı səbəbindən “İstanbul NOW” TV tərəfindən edilib. 

RTÜK-ə müraciət edən şirkət telekanalın adının dəyişdirilməsini tələb edib.

Məlumata görə, şikayət 15 gün əvvəl daxil olub və telekanala ad dəyişdirilməsi ilə bağlı 30 gün vaxt verilib. Hazırda məsələyə münasibət bildirməyən NOW TV-nin son 15 günü qalıb. 

Əgər ad dəyişdirilməsə, kanal bağlanacaq.

Xatırladaq ki, ötən il FOX TV “The Walt Disney” şirkəti tərəfindən alındıqdan sonra adı dəyişdirilərək NOW TV edilmişdi.