Fidan Lavrovla danışıqlar aparmağı gözləyir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla cümə axşamı Yohannesburqda keçiriləcək G20 Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində ikitərəfli danışıqlar aparacağını gözləyir.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
"Xarici işlər naziri Hakan Fidan G20 xarici işlər nazirlərinin toplantısı çərçivəsində fevralın 20-də MİKTA xarici işlər nazirlərinin (Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə, Avstraliya) 27-ci iclasında iştirak edəcək. Nazirin bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov və Çinin xarici işlər naziri Vanq Yi ilə ikitərəfli görüşləri nəzərdə tutulub", - deyə qeyd olunur.
Türkan İSGƏNDƏRLİ