Türkiyə Rusiyadan gələn təyyarəni öz hava məkanına buraxmaqdan İMTİNA ETDİ

Türkiyə Transponder işləmədiyi üçün Rusiya Hava Yollarına məxsus təyyarəni hava məkanına buraxmaqdan imtina edib.
Bu barədə Redaktor.az "Aviatorschina" teleqram kanalına istinadla xəbər verir.
Hadisənin fevralın 19-da Soçidən İstanbula uçan "Superjet 100" təyyarəsi ilə baş verdiyi bildirilir. Təyyarədə 79 sərnişin, 2 pilot və 3 stüardessa olub.
Uçuş hündürlüyünə çatdıqdan sonra pilotlar təyyarənin naviqasiya kompüter sisteminin bir dəstinin sıradan çıxması barədə məlumat aldılar. Buna baxmayaraq, təyyarə komandiri uçuşu təyinat yerinə davam etdirmək qərarına gəlib. Lakin Türkiyəyə yaxınlaşarkən yerli aviadispetçerlər rusiyalı pilotlara təyyarənin ikinci dərəcəli identifikasiyası ilə bağlı problemlər barədə məlumat veriblər və bu səbəbdən Türkiyə hava məkanını keçməyə qadağa qoyublar.
Daha sonra pilotlar təyyarəni yenidən Soçiyə yönləndirmək qərarına gəliblər. Türkiyəli aviadispetçer rusiyalı həmkarlarına bildirib ki, təyyarə İstanbuldakı əlverişsiz atmosfer şəraiti və transponderin işləməməsi səbəbindən uçuş hava limanına qayıdır.
Təhlükəsiz enişdən sonra "Superjet 100" texniki işlərin aparılması üçün yerə endirilib. Daşıyıcı sərnişinləri ehtiyat təyyarə ilə İstanbula göndərib.
Aytəkin TOFİQQIZI