Avropa Ukraynaya 30 minə yaxın hərbçi göndərə BİLƏR

Avropa ölkələri Ukraynaya 30 minə yaxın hərbçi göndərmək niyyətindədir.
Redaktor.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
“Böyük Britaniyanın Baş naziri Kir Starmer atəşkəsə nəzarət etmək üçün Ukraynaya 30 minə yaxın əsgər göndərməyi təklif edəcək”, – deyə nəşrin həmsöhbətlərindən biri bildirib. Onun sözlərinə görə, avropalı hərbçilər limanlarda və mühüm infrastruktur obyektlərində yerləşdirilə bilər, lakin Ukraynanın şərq vilayətlərində olmayacaqlar. Həmçinin Polşa və Rumıniyada hava və quru qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bir müddət öncə Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın xarici işlər naziri Sergey Lavrovun NATO qoşunlarının Ukraynaya yerləşdirilməsinin yolverilməzliyi ilə bağlı sözlərinə münasibət bildirərək, bu barədə qərarın Rusiya tərəfindən verilməyəcəyini deyib.