ABŞ Senatı onu FTB direktoru vəzifəsinə təsdiqlədi

 23:32 20.02.2025     172

ABŞ Senatı Keş Pateli Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru vəzifəsinə təsdiq edib.

Redaktor.az xəbər verir ki, səsverməni C-SPAN yayımlayıb.

51 senator ABŞ Prezidenti Donald Trampın Keş Patelin FTB direktoru vəzifəsinə namizədliyinin lehinə, 49 qanunverici isə əleyhinə səs verib.

Cümə axşamı səhəri Patel ABŞ Konqresinin yuxarı palatasında növbəti prosedur səsverməsindən keçib. Onun tezliklə and içəcəyi gözlənilir.

Turan İSMAYIL