Rusiyanın Ermənistandakı səfiri qəzaya düşdü

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin avtomobili qar yağması və yolların buz bağlaması səbəbindən qəzaya uğrayıb.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfir Kopırkinə və sürücüsünə lazımi tibbi yardım göstərilib, onların xəsarətləri yüngüldür, həyati təhlükə yoxdur.