Pezeşkian ABŞ-yə türkcə şeirlə cavab VERDİ

İran prezidenti Məsud Pezeşkian təhdidlərə türkcə şeirlə cavab verərək, ABŞ ilə danışıqlara qarşı olmadıqlarını, lakin heç bir şərtdə danışıqlara getməyəcəklərini vurğulayıb.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, o çıxışı zamanı əvvəlcə sanksiyalar tətbiq edib, sonra silahlarımızı verməmizi istəyərək yenidən danışıqlardan danışa bilməzlər deyib.
Pezeşkiyan ABŞ-ın zülm siyasətinə Övliya Çələbinin şeiri ilə cavab verib:
"Bizim türkcəmizdə bir şeir var. "Xain körpüdən keçmə, sel səni aparsın. Tülkü kölgəsində yatma, aslan səni yesin".
Türkcə şeiri ilə böyük alqış alan Pezeşkian çıxışına belə davam edib: "Yəni adam tülkü kölgəsində yatsa da, sel insanı aparsa belə, qorxaqların kölgəsində qala bilməz. Onlar bizi təhdidlərlə istədiklərini etməyə məcbur edəcəklərini düşünürlər. Bu doğru deyil. Biz insanıq və qarşılıqlı hörmətlə danışacağıq, amma heç vaxt boyun əyməyəcəyik”.
Pezeşkian ABŞ və İsrailin İrana qarşı təhdidlərinə də toxunub:
"Bəziləri İsraildən qorxur, çünki arxasında ABŞ dəstəyi var. Bununla belə, qorxmuruq və qorxmayacağıq. Bu, bizə yaraşır".
Vasif