Aİ-nin Ukraynaya yeni yardım paketi bu tarixdə GÖNDƏRİLƏCƏK

Ukraynaya yeni Avropa yardım paketi fevralın 24-də Avropa Komissiyasının Kiyevə səfəri zamanı təqdim olunacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius deyib.
Onun sözlərinə görə, Avropa Komissiyası güclü siqnal göndərmək üçün bütün variantları müzakirə edir və başqa ölkələrin nə etməsindən asılı olmayaraq, Ukraynanın yanında olmaqda davam edir. O hesab edir ki, bu siqnalı göndərmək üçün yaxşı fürsət münaqişənin başlanmasının ildönümündə bazar ertəsi olacaq.
“Bu yardımın həcminə gəlincə, müxtəlif rəqəmlər qeyd olunur, yüz milyardlara qədər, lakin mən hələ bu barədə danışmağa hazır deyiləm, yanlış gözləntilər yaratmamaq üçün bazar ertəsinə qədər gözləyək”, - deyə Kubilius yekunlaşdırıb.
Türkan İSGƏNDƏRLİ