İsrail sabah 602 fələstinlini azad EDƏCƏK

 21:52 21.02.2025     102

HƏMAS-a bağlı Əsir Media Ofisi, İsrail ilə HƏMAS arasında 19 yanvarda əldə edilən atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində azad ediləcək fələstinlilərlə bağlı açıqlama yayıb.

Redaktor.az xəbər verir ki, bəyanatda 50-si ömürlük həbs, 60-ı ağır cəza almış və 445-i Qəzzadan olmaqla ümumilikdə 602 fələstinlinin sabah azad ediləcəyi bildirilib.

HƏMAS-ın hərbi qanadı İzzəddin Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə isə sabah baş tutacaq əsir mübadiləsinin 8-ci mərhələsində 6 israilli əsirin sərbəst buraxılacağını açıqlamışdı.

Kənan YUSİF