İstanbulda imtahan və təhsil fəaliyyətlərinə həftəsonu fasilə verildi

İstanbulda hava şəraiti səbəbilə həftəsonu elm və incəsənət mərkəzləri, dəstək və hazırlıq kursları, sürücülük kurslarının imtahan və təlimləri, eləcə də özəl tədris kurslarında tədrisə fasilə verilib.
Redaktor.az xəbər verir ki, İstanbul valisi Davut Gül sosial media hesabında paylaşım edərək, şəhəri təsiri altına alan qarlı və soyuq havanın həftəsonu da davam edəcəyinin gözlənildiyini bildirib:
"Hazırki hava şəraiti səbəbilə 22-23 fevral şənbə və bazar günləri elm və incəsənət mərkəzləri, dəstək və hazırlıq kursları, motorlu nəqliyyat vasitələri sürücülük kurslarının (MTSK) imtahan və təlimləri, eləcə də özəl tədris kurslarında təhsilə fasilə verilməsi qərara alınmışdır".
Kənan YUSİF