"Sputnik Moldova"nın teleqram kanalı da bağlandı

İki il əvvəl Moldovada "Sputnik Moldova" xəbər agentliyinin saytı bağlandıqdan sonra bu dəfə eyni adlı saytın "Telegram" kanalına giriş bağlanıb.
Redaktor.az xəbər verir ki, kanalı açmaq istəyərkən “Bu kanal yerli qanunvericiliyi pozduğu üçün əlçatan deyil” deyə məlumat pəncərəsi açılır.
Xatırladaq ki, 2024-cü ilin sonunda ölkə hökuməti tərəfindən bloklanan bəzi KİV-lər Moldovada fəaliyyətini dayandırıb. Onların "Facebook" və "Instagram"da da hesabları silinib.
Bundan əvvəl Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti əksəriyyəti rus olan 50-dən çox informasiya portalına girişi bloklayıb.
Rəsmilər hələlik "Sputnik Moldova" teleqram kanalının bloklanmasına münasibət bildirməyiblər.
Turan İSMAYIL