Dubinski Ukrayna prezidentliyinə namizədliyini irəli SÜRDÜ

2023-cü ilin noyabrından həbsdə olan Ali Radanın müxalifyönlü deputatı Aleksandr Dubinski Ukrayna prezidenti postuna namizədliyini irəli sürüb.
Redaktor.az xəbər verir ki, o, bu barədə teleqram kanalında yazıb.
“Mən - 1981-ci il təvəllüdlü, Kiyevdən olan Aleksandr Dubinski bəyan edirəm: Ukrayna prezidentliyinə namizədliyimi irəli sürürəm”, - deyə o bildirib.
Qeyd edək ki, Dubinksi hazırda Kiyev istintaq təcridxanasındadır. O, dövlətə xəyanətdə ittiham olunur.