Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1095-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 656 təyyarəsi, 283 helikopteri, 44 190 PUA-sı, 596 zenit-raket kompleksi, 21 698 tank və digər zirehli texnikası, 1 521 reaktiv yaylım atəş sistemi, 21 948 artilleriya və minaatanı, 32 033 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.