Xəstəxanada ATIŞMA: bir ölü, beş yaralı VAR

 09:10 23.02.2025     322

ABŞ-nin Pensilvaniya ştatında naməlum şəxs xəstəxanaya atəş açıb, bir nəfər ölüb, beş nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Cinayətkar şəxs həkimə, tibb bacısına, baxıcıya və üç polisə atəş açıb, onlardan biri ölümcül yaralanıb.

Məlumata görə, o, zərərsizləşdirilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Hücumun səbəbi hələlik məlum deyil.