Ukrayna 500 milyard dollarlıq fond tələbinə QARŞIDIR

Ukrayna ABŞ-nin 500 milyard dollarlıq fond yaratmaq tələbinə qarşı çıxıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Bloomberg“ agentliyi mənbəsinə istinadən məlumat yayıb.
Fond müharibə başlayandan bəri Kiyevə göstərdiyi yardıma görə ABŞ-yə kompensasiya ödəməyi nəzərdə tutur.
Ukrayna iddia edir ki, bu yardımın real məbləği təxminən 90 milyard dollardır.