İsrail məhbusların azad edilməsini təxirə SALDI

İsrail Həmas qrupu ilə razılığa əsasən, şənbə günü azad edilməli olan fələstinli məhbusların azadlığa buraxılmasını qeyri-müəyyən müddətə təxirə salıb.
Redaktor.az xəbər verir ki, bu haqda İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
“HƏMAS tərəfindən dəfələrlə pozuntular, o cümlədən girovlarımızın ləyaqətinə xələl gətirən mərasimlər və onlardan təbliğat məqsədləri üçün rüsvayçılıqla istifadə edilməsini nəzərə alaraq, dünən üçün planlaşdırılan terrorçuların azad edilməsinin növbəti mərhələyə qədər təxirə salınması qərara alınıb”, - məlumatda qeyd olunub.