Rusiyadan Dubaya uçan təyyarədə problem YARANDI

 14:05 23.02.2025     101

Rusiyanın Mineralnıye Vodı şəhərlərindən Dubaya uçan sərnişin təyyarəsi uçuş hava limanına qayıdıb.

Redaktor.az xəbər verir ki, bu barədə aviaşirkətin teleqram kanalında məlumat verilib.

“Uçuşların təhlükəsizliyini təmin etmək üçün A46087 Mineralnıye Vodı - Dubay reysinin komandiri 23 fevral 2025-ci il tarixində təyyarə sistemlərindən birinin işləmə göstəricisi ilə əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib”, - məlumatda deyilir.

Bildirilib ki, sərnişinlər aviaşirkətin ehtiyat reysi ilə təyinat yerinə çatdırılacaq.