Lavrov Türkiyəyə GEDƏCƏK

 16:42 23.02.2025     87

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyəti danışıqlar aparmaq üçün yaxın vaxtlarda Türkiyəyə gedəcək.

Redaktor.az “RİA Novosti”yə xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

“Beynəlxalq, regional və ikitərəfli gündəliyə dair geniş spektrli mövzular müzakirə olunacaq”, - diplomat bildirib.

Daha öncə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yaymışdı ki, idarənin rəhbəri Hakan Fidan Lavrovla danışıqlarda Ukrayna münaqişəsinin həllini müzakirə etməyi planlaşdırır. Nazirlərin görüşünün fevralın 24-də baş tutacağı gözlənilir.