"Tehran-Moskva münasibətlərinə xarici faktor təsir etmir"

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Tehrana səfəri Rusiya-İran münasibətlərini gücləndirmək məqsədi daşıyır.
Redaktor.az xəbər verir ki, bu fikirləri İslam Respublikasının Moskvadakı səfiri Kazem Cəlali deyib.
Onun sözlərinə görə, iki ölkə arasında tərəfdaşlığın sabitliyinə heç bir xarici faktor təsir etmir.
"Rusiya xarici işlər nazirinin Tehrana səfəri iki ölkə arasında sıx əməkdaşlığın inkişafı və ikitərəfli münasibətlərdə geniş spektrli məsələlər, regional və beynəlxalq tədbirlər üzrə yüksək səviyyəli dialoqun dərinləşdirilməsi kursunu davam etdirir. Bu dialoqa hər zamankindən daha çox ehtiyac var", - o qeyd edib.
Səfir bildirib ki, iki ölkə arasında münasibətlər yanvarın 17-də Kremldə Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian tərəfindən imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi sayəsində möhkəmlənib.
Türkan İSGƏNDƏRLİ