Gürcüstan BMT-də ABŞ-nun Ukrayna ilə bağlı qətnaməsini dəstəkləyəcək

 14:28 24.02.2025     76

Gürcüstan BMT-də Amerika Birləşmiş Ştatlarının Ukrayna ilə bağlı təklif etdiyi nisbətən neytral qətnaməni dəstəkləmək qərarına gəlib. 

Redaktor.az xəbər verir ki, bu barədə hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze bildirib.

"Mümkün olan bu müharibədən qaça bilsək, yaxşı olardı. Biz siyasətdəyik və buna görə də xalq bizi təhdidlərdən qaçmaq üçün seçir. Ukraynada baş verənlər kədərli və çox çətindir, lakin bütün bunlara son qoyulması da göz qabağındadır. ABŞ Prezidenti Donald Tramp razılaşmanın baş tutması üçün hər şeyi edir və təbii ki, biz də sözügedən qətnaməni dəstəkləyəcəyik", - deyə o qeyd edib.

Türkan İSGƏNDƏRLİ