Türkiyə Ukrayna üçün mühüm təhlükəsizlik zəmanətidir - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında ABŞ və NATO ilə bağlı açıqlamalar verib. Sülh üçün lazım gələrsə, vəzifəsini tərk edə biləcəyini deyən Zelenski Türkiyəni Ukrayna üçün vacib təhlükəsizlik təminatçısı kimi gördüyünü də qeyd edib.
Redaktor.az bu barədə "TRT Haber"ə istinadla xəbər verir.
Zelenski bəyan edib ki, Ukraynada sülhü təmin etmək üçün prezident postundan istefa verməyə hazırdır və belə bir fürsət olarsa, “NATO-ya üzvlük” müqabilində istefa verəcək.
Zelenskinin sözlərinə görə, ABŞ, Rusiya və Avropa ölkələri Ukrayna ilə birlikdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh danışıqlarında iştirak etməlidir.
Aytəkin TOFİQQIZI