İsrail Qəzzada atəşkəsi uzatmağa HAZIRDIR

İsrail anklavda radikallar tərəfindən saxlanılan daha çox israilli girovların azad edilməsi müqabilində Qəzza zolağında atəşkəsi uzatmağa hazırdır.
Redaktor.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar Brüsseldə Rumıniya, Bolqarıstan, Finlandiya, Slovakiya və Macarıstanın xarici işlər nazirləri ilə görüşləri zamanı bildirib.
“Daha çox girovların azad edilməsi müqabilində müvəqqəti atəşkəsin uzadılmasını istisna etmirik. Girovlar azad edilmədən bu baş verməyəcək. Biz özümüzü girovlarımızın azad edilməsinə və Qəzza zolağında müharibədə məqsədlərimizə nail olacağımıza söz vermişik", - deyə o qeyd edib.
O, həmçinin Yüksək Səviyyəli Forum çərçivəsində Aİ ölkələrinin xarici işlər nazirləri ilə bir sıra şəxsi görüşlər keçirib.
Türkan İSGƏNDƏRLİ