"Axmat" batalyonunun qəddar komandiri Ukrayanda ÖLDÜ

 17:49 24.02.2025     489

Ukraynada Rusiyanın işğalçılıq siyasəti uğrunda döyüşən "Axmat" xüsusi təyinatlı batalyonlarından birinin komandiri Zəlimxan Batukaev döyüş tapşırığını yerinə yetirərkən həlak olub.

Redaktor.az modern.az-a istinadla xəbər verir ki, “Şustrı” ləqəbli Batukaevin Rusiya ordusunun ən yaxşı komandirlərindən biri olduğu bildirilib.

Hərbçi dünən, fevralın 23-də dünyasını dəyişib. 

Zəlimxan Batukaev ukraynalı döyüşçülərə qarşı ən amansız və qəddar komandirlərdən biri olub. Onun batalyonu döyüşlərdə ən çox ukraynalı hərbçi öldürən və əsir götürən hərbi hissə kimi "fərqlənib".

Vumart və Güvən reklamı Vumart Güvən