Aİ Suriyaya qarşı sanksiyaları DAYANDIRDI

Avropa İttifaqı Suriyaya qarşı bankçılıq, enerji və nəqliyyat kimi sektorları hədəf alan sanksiyaları dayandırıb.
Redaktor.az bu barədə "TRT Haber"ə istinadla xəbər verir.
Avropa Şurası üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısında Aİ-nin Suriyaya tətbiq etdiyi sanksiyalarla bağlı qəbul etdiyi qərarları açıqlayıb.
Bəyanatda Aİ ölkələrinin Suriyadakı vəziyyəti nəzərə alaraq bir sıra məhdudlaşdırıcı tədbirləri dayandırmaq qərarına gəldiyi və bu qərarın Aİ-nin Suriyada əhatəli siyasi keçid, iqtisadi dirçəliş, yenidənqurma və sabitliyi dəstəkləmək səylərinin bir hissəsi olduğu bildirilib.
Açıqlamada enerji, nəqliyyat, maliyyə və bankçılıq kimi sektorlarda əməliyyatların asanlaşdırılacağı, neft, qaz və elektrik enerjisi də daxil olmaqla enerji və nəqliyyat sektorlarında tədbirlərin dayandırılması ilə bağlı qərarın verildiyi bildirilib.
Aytəkin TOFİQQIZI