Türkiyədə iş texnikasının üzərinə qar uçqunu DÜŞDÜ

 21:54 24.02.2025     79

Türkiyənin Hakkari şəhərində qarla mübarizə zamanı iş texnikasının üzərinə qar uçqunu düşdü, işçi isə yoldaşlarının köməyi ilə xilas edildi.

Redaktor.az xəbər verir ki, şəhər mərkəzindən 30 km məsafədə yerləşən Geçitli kəndinin Araban məhəlləsinin yolu qar və fırtına səbəbindən bağlanıb. Yolun açılması üçün Xüsusi İdarə əməkdaşları işlərə başlayıb.

Bu zaman şantiye rəisi Mehmet Kılıçın idarə etdiyi iş texnikasının üzərinə qar uçqunu düşüb. Texnikanın içində qalan Kılıç telefonla kömək istəyib.

Hadisə yerinə çatan Xüsusi İdarə əməkdaşları, qar altında qalan iş texnikasında sıxışan Kılıçı xilas edib.

Hakkari Dövlət Xəstəxanasına aparılan Kılıçın vəziyyətinin yaxşı olduğu bildirilib.

Kənan YUSİF