Türkiyənin bu ərazisində torpaq sürüşməsi meydana GƏLDİ

Türkiyənin Artvin şəhərinin Kemalpaşa rayonunda, Sarp Sərhəd Qapısı ilə arasındakı tunel girişində torpaq sürüşməsi baş verib.
Redaktor.az xəbər verir ki, bölgədə yağışların təsirindən Sarp Tuneli girişində yamacdan qopan qaya və torpaq parçaları yola tökülüb.
Hadisə nəticəsində Sarp Sərhəd Qapısı istiqamətində olan yol bağlanıb.
Əraziyə Karayolları, AFAD və jandarma qrupları cəlb edilib. AFAD əməkdaşları, yeni sürüşmə ehtimalını araşdırmaq üçün bölgədə yoxlamalara başlayıb.
Hazırda nəqliyyat dəniz tərəfdən yerləşən alternativ istiqamətdən nəzarətli şəkildə davam etdirilir.
Yolun təmir işlərindən sonra açılması gözlənilir.
Kənan YUSİF