"Starbucks" 1000-dən çox əməkdaşını işdən çıxaracaq

ABŞ-nin məşhur qəhvə şəbəkəsi "Starbucks" 1100 korporativ vəzifəni ləğv edəcəyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, şirkətin baş icraçı direktoru Brian Niccol, işçilərə göndərdiyi mesajda qlobal dəstək qruplarının rolu, strukturu və ölçüsünü yenidən dəyərləndirdiklərini bildirib.
Niccol deyib: "Bu, 1100 mövcud dəstək vəzifəsi ilə yanaşı, bir neçə yüz boş və doldurulmamış vəzifənin ləğvini əhatə edən çətin bir qərardır".
Şirkətin strukturunun sadələşdirildiyini qeyd edən Niccol, daha kiçik və çevik komandalar yaradacaqlarını, məqsədlərinin isə daha səmərəli işləmək, hesabatlılığı artırmaq, mürəkkəbliyi azaltmaq və inteqrasiyanı yaxşılaşdırmaq olduğunu bildirib.
Kənan YUSİF