Tramp Putini diktator adlandırmaqdan imtina ETDİ

ABŞ lideri Donald Tramp Fransa Prezidenti Emmanuel Makronla görüşdə jurnalistlərin rusiyalı həmkarı Vladimir Putini diktator hesab edib-etməməsi ilə bağlı sualına birbaşa cavab verməkdən yayınıb.
Redaktor.az bu barədə "Reuters"ə istinadla xəbər verir.
Tramp jurnalistlərin Zelenski kimi Putini diktator hesab edib-etməməsi ilə bağlı sualına “Mən bu sözləri yüngül işlətmirəm” deyə cavab verib.
Fevralın 19-da Tramp Zelenskini diktator adlandırıb və Ukrayna liderini “tələsin, yoxsa ölkəsi qalmayacaq” deyib. Tramp deyir ki, onun administrasiyası münaqişənin həlli üçün Rusiya ilə danışıqlarda irəliləyiş əldə edir, Zelenski isə çox güman ki, “vəsaitlərin axmasını” istəyir. Bundan əvvəl Amerika prezidenti artıq demişdi ki, Kiyev danışıqlar masası arxasında yer almaq istəyirsə, Ukraynada seçkilər keçirilməlidir. Zelenski özünü Rusiya Prezidenti Vladimir Putin üçün “çox əlverişsiz insan” adlandırıb və Rusiyanın ondan yaxa qurtarmaq istədiyini bildirib.
Fevralın 23-də Zelenski deyib ki, əgər o, həqiqətən də diktator olsaydı, ABŞ liderindən inciyəcək, lakin onun üçün bunlar sadəcə sözlərdir. Zelenski seçkilərdə 73 faiz səs toplayan qanuni seçilmiş prezident olduğunu xatırladıb və hərbi vəziyyət başa çatdıqdan sonra yeni dövlət başçısının seçiləcəyini vəd edib.
Turan İSMAYIL