Bu, beynəlxalq hüquqa ziddir - Makron

Fransa Prezidenti Emmanuel Makron Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsinin beynəlxalq hüquqa zidd olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, Makron bunu Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşü zamanı deyib.
“Dondurulmuş aktivlərdən gələn dividendləri müsadirə edə bilərsiniz, lakin aktivlərin özlərini ala bilməzsiniz. Bu, beynəlxalq hüquqa ziddir və biz buna əməl etmək istəyirik”, - dövlət başçısı qeyd edib.