Tramp bu həftə Zelenski ilə görüşə bilər

Ukrayna Prezidenti Volodimir Zelenski bu həftə və ya bundan sonra qalıq yanacaqlarla bağlı saziş imzalamaq üçün Vaşinqtona gələ bilər.
Redaktor.az "Reuters"ə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Tramp Vaşinqtonda Fransa Prezidenti Emmanuel Makronla danışıqları zamanı deyib: “Mən prezident Zelenski ilə görüşəcəyəm. O, bu həftə və ya gələn həftə müqaviləni imzalamaq üçün gələ bilər və bu, əla olardı", - Ağ Evin rəhbəri bildirib.
Amerika lideri əlavə edib ki, hazırda ABŞ və Ukrayna arasında razılaşma üzərində iş gedir və tərəflər yekun razılaşmaya “çox yaxındır”.
"Bu, nadir torpaqlar və müxtəlif başqa şeylər üzrə sövdələşmə olacaq. Və o (Zelenski - red.) gəlib bu müqaviləni imzalamaq istəyir”, - ABŞ prezidenti yekunlaşdırıb.
Turan İSMAYIL