Tramp Ukraynanın sülh sazişində ərazilərdən imtina etməsinə belə cavab verdi: “Görəcəyik”

 23:34 24.02.2025     92

ABŞ Prezidenti Donald Tramp Ukraynanın müharibəyə son qoymaq üçün danışıqlar zamanı öz ərazilərini verməli olub-olmayacağına cavab verib.

Redaktor.az bu barədə UNN-a istinadla xəbər verir.

“Ukraynanın müharibəni bitirmək üçün razılaşmanın bir hissəsi olaraq ərazilərindən imtina etməli olub-olmaması” sualına Tramp “görəcəyik” cavabını verib.

Donald Tramp həmçinin bildirib ki, Ukraynadakı müharibə “həftələr ərzində” başa çata bilər.

Tramp həmçinin bu həftə və ya gələn həftə mineral saziş imzalamaq üçün Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşə biləcəyini deyib.

Turan İSMAYIL