Lavrov Ukrayna böhranı ilə bağlı Ankara ilə dialoqu davam etdirməyə razılaşıb

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və cümhuriyyətin xarici işlər naziri Hakan Fidan ilə görüşləri zamanı Ukrayna böhranı ilə bağlı Moskva və Ankara arasında fəal dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Lavrovun Türkiyəyə səfərindən sonra verilən açıqlamasında deyilir.
“Ukrayna böhranı və beynəlxalq münasibətlərdə qarşılıqlı maraq doğuran digər mövzular da daxil olmaqla, Rusiya-Türkiyə fəal siyasi dialoqunu dəstəkləməyə davam etmək razılaşdırılıb”, - deyə Rusiya XİN-dən bildirilib.
Turan İSMAYIL