Zelenski sülhə mane olur - Putin

 23:58 24.02.2025     89

"Rusiya və ABŞ Ukraynada mümkün qədər tez sülhə nail olmaq istəyirlər, lakin Zelenski buna mane olur

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin bildirib.

"Nadir torpaq metalları və digər ehtiyatlar üzrə ABŞ-Ukrayna sazişi heç bir şəkildə Rusiya Federasiyasına aid deyil, “bu, bizim işimiz deyil” – o əlavə edib.

Putin hesab edir ki, Kiyev və Vaşinqton arasında nadir torpaq metalları ilə bağlı razılaşmadan əvvəl ilk növbədə ehtiyatları qiymətləndirmək lazımdır.

Putin Trampın guya emosiyalar əsasında hərəkət etdiyi ilə razılaşmayıb.

"Amerika lideri vəziyyətə rasional yanaşma nümayiş etdirir", - deyə Rusiya Prezidenti bildirib.

Turan İSMAYIL