Avropa İttifaqından Ukraynaya təklif

Avropa İttifaqı Ukraynaya “Qarşılıqlı Faydalı” mineral sövdələşməsi təklif edib
Rekaktor.az bu barədə "AFP"a istinadla xəbər verir.
Avropa İttifaqı Ukraynaya ABŞ variantından fərqli bir “Qarşılıqlı Faydalı” mineral sövdələşməsi təklif edib. Məlumata görə, bu təklifi sənaye strategiyası üzrə Avropa Komissarı Stefan Sejourne açıqlayıb.
Sejourne bildirib ki, Avropanın ehtiyac duyduğu 30 əsas materialdan 21-i Ukrayna tərəfindən "Qarşılıqlı Faydalı" tərəfdaşlıq çərçivəsində təmin edilə bilər.
Aİ komissarı əlavə edib ki, "Avropa heç bir tərəf üçün zərərli olacaq sazişi heç vaxt tələb etməyəcək”.
Aytəkin TOFİQQIZI